Sosial şəbəkədə biz:

Corc Buşun atası ilə bağlı dəhşətli fakt - FOTO

ABŞ-a prezidentlər bəxş etmiş məşhur Buş ailəsi ilə bağlı maraqlı fakt ortaya çıxıb. Publika.az-ın məlumatına görə, bir neçə il əvvəl Amerika Birləşmiş Ştatlarının 41-ci prezidenti Corc Herbert Uoker Buşun atası, senator Prescot Buşun rəhbəri olduğu təşkilatın əməkdaşları XIX əsrin sonları - XX əsrin əvvəllərində ABŞ işğalçılarına qarşı mübarizə aparmış yerli tayfaların rəhbəri Geronimonun məzarı qazılıb və məşhur qəhrəmanın başı kəsilərək qəbirdən götürülüb. Qeyd edək ki, bir zamanlar amerikanların qorxulu yuxularına çevrilmiş Geronimo 1909-cu ildə 79 yaşında dünyasını dəyişib. Onun başının nə üçün kəsilməsinin səbəbləri barədə ətraflı məlumat verilməyib. Xatırladaq ki, hazırda ABŞ-ın ən yaşlı eks-prezidenti olan və “ata” ləqəbi ilə tanınan 91 yaşlı Corc Herbert Uoker Buşun oğlu Corc Uoker Buş da ABŞ-ın 43-cü prezidenti (2000-2008-ci illər) olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol