Sosial şəbəkədə biz:

Azərbaycan Hərbi Hava Qüvvələri İtaliyadan reaktiv təyyarə aldı

10 May 2017, 17:30
Gündəm
Bu gün mayın 10-da Azərbaycan Hərbi Hava Qüvvələrinin aviabazalarından birində İtaliya Respublikasının “Leonardo Aircraft” şirkətinin istehsalı olan yeni nəsil reaktiv M-346 tipli təlim-məşq təyyarəsinin təqdimatı keçirilib. Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Məlumatda deyilir ki,  Müdafiə Nazirliyinin rəhbərliyi təyyarəyə baxış keçirdikdən sonra onun taktiki-texniki xüsusiyyətləri, istismarı və digər keyfiyyətləri barədə ətraflı brifinq təqdim olunub. Virtualaz.org