Sosial şəbəkədə biz:

Novxanıda şortik qadağası

Novxanıda yerləşən “Amore” və “Kalyon” istirahət mərkəzlərinə müştərilərin şortiklə girişi qadağan edilib. Azinforum.az Baku.vs-ya istinadla xəbər verir ki, qadağa barədə şahidlərdən biri – Elnur Məmmədov sosial şəbəkədə bildirib. Onun sözlərinə görə, əcnəbi qonaqları ilə Xəzərdə dincəlmək və onları milli mətbəxlə tanış etmək üçün Novxanıya gedib. Ancaq “Amore” və “Kalyon” istirahət mərkəzlərinə buraxılmayıb. Səbəb kimi isə onların şortik geyməsi göstərilib. “Turistlər bu xəbəri eşidəndə şoka düşdülər – çünki ətrafda hamı çimərlik geyimində dənizdə istirahət edirdi. Mən əcnəbi qonaqlar qarşısında çox utandım”, - Elnur Məmmədov yazıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol