Prokurorluq tərəfindən xəbərdarlıq almış və adları “qara siyahı”da olan KİV-lər mənzil üçün təqdimat verə bilməyəcək
Azinforum.az xəbər verir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində jurnalistlər üçün inşa edilən binanın kimlərə verilə biləcəyilə bağlı kriteriyalar açıqlanıb. Həmin kriteriyalar barədə ətarflı məlumat vermişik. Açıqlanan şərtlər daxilində vacib və diqqətçəkən məqamlardan biri də budur ki, adları Mətbuat Şurasının “qara siyahı”sında olan, barələrində məhkəmə qərarı olan və qanunvericiliyin tələblərini pozduqlarına görə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən xəbərdarlıq almış KİV-lər təqdimat verə bilməzlər.
Azinforum.az
Azinforum.az