Sosial şəbəkədə biz:

Ərdoğanın tərəfdarları ilə əleyhdarları arasında toqquşma - 9 yaralı

17 May 2017, 09:52
Gündəm
ABŞ-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəfdarları və əleyhdarları arasında toqquşmalar baş verib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında qeydə alınıb. Yanğınsöndürmə-xilasetmə xidmətinin məlumatına görə, toqquşmalar zamanı 9 nəfər xəsarət alıb. Yaralananlar artıq xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti isə ağırdır. Hazırda toqquşma olan küçələr bağlanıb. Saxlanılanlar barəsində məlumat yoxdur.