Türkiyə ordusu hərəkətə gətirildi - Sərhədə doğru
Türkiyə hərbi texnikaları Suriya ilə sərhədə yeridilib. Axar.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Qaziantəp şəhərində yerləşən 5-ci briqadadan hərbi texnikalar hərəkətə gətirilib. Hərbi texnikaların bir hissəsi Suriya ilə sərhədə yola salınıb. Suriya sərhədinə doğru hərəkət edən hərbi texnika və ordu Elbəyli rayonunda yerləşən sərhəd qoşunlarına birləşdirilib.