Sosial şəbəkədə biz:

Prezidentin işdən çıxardığı Samir Cəfərov kimdir?

Ötən gün prezident İlham Əliyev “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin sədrini tutduğu vəzifədən azad edib. Ölkə başçısının sərəncamına əsasən, Samir Dönməz oğlu Cəfərov “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin sədri postundan çıxarılıb. S.Cəfərov bu vəzifəyə 2014-cü ilin fevral ayında təyin olunmuşdu. Göründüyü kimi, o postunda heç də uzun müddət qala bilmədi. Samir Cəfərov kimdir? AzVision.az xəbər verir ki, Samir Cəfərov 1975-ci ildə Sumqayıt şəhərində anadan olub. Türkiyənin Uludağ və Hacettepe universitetlərində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, magistr və doktorluq dərəcələri alıb. Moskva Dövlət Universitetində elmi işlə məşğul olub. O,Türkiyədə metal emalı üzrə fəaliyyət göstərən şirkətdə məsul vəzifələrdə çalışıb, bir sıra ölkələrdə metallurgiya sahəsində şirkətlər qurub, sahibkarlıqla məşğul olub. Rus, ingilis, ispan və türk dillərini sərbəst bilir. Müxtəlif dillərdə beynəlxalq münasibətlər sahəsində kitab və nəşrlərin müəllifidir. 2008-ci ildən 2014-cü ilədək Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyinin rəhbəri olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol