Sosial şəbəkədə biz:

“İcarə haqqında” qanuna dəyişiklik təklif olunur

23 May 2017, 21:57
Gündəm
“İcarə haqqında” qanunun 18-ci (Əmlakın vətəndaşlar tərəfindən icarəsi) maddəsinə dəyişiklik təklif edilir. APA-nın məlumatına görə, dəyişikliyə əsasən, icarəçilər qanunvericilikdə müəyyən olunmuş qaydada və miqdarda Dövlət Sosial Müdafiə Fonduna ayırdığı vəsaiti, layihə təsdiq olunduqdan sonra müəyyənləşəcək müvafiq icra hakimiyyəti orqanına ayıracaq. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 31-də müzakirəyə çıxarılacaq.