Sosial şəbəkədə biz:

Bərdə bələdiyyəsinin sədri yol qəzasına düşdü

26 May 2017, 15:02
Gündəm
Bərdə rayonunda sərxoş sürücü qəza törədib. "Report"un məlumatına görə, hadisə şəhərin Koroğlu kücəsində qeydə alınıb. Belə ki, rayon sakinləri Nurlan Çərkəzlinin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Sadiq Vaqif oğlu Xəlilovun idarə etdiyi "Toyota - Prado" markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü ağır bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. "VAZ-2107"-nin sürücüsünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi məlum olub. Qeyd edək ki, "Toyota - Prado" markalı avtomobilin sürücüsü S.Xəlilov Bərdə Şəhər Bələdiyyəsinin sədridir. Faktla bağlı araşdırmalara başlanılıb.