Sosial şəbəkədə biz:

Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarıldı

26 May 2017, 15:13
Gündəm
Məhkəmə Fətullahçı Terror Təşkilatının (FETÖ) ABŞ-da gizlənən rəhbəri Fətullah Gülənin Türkiyə vətəndaşlığından çıxarılması barədə qərar qəbul edib. "Report" xəbər verir ki, bununla bağlı qərarı Adana 11-ci Ağır Cinayətlər Məhkəməsi verib. Məhkəmə ölkənin Ədliyyə Nazirliyinə məktub göndərərək F.Gülənin Türkiyə vətəndaşlığından çıxarılması ilə bağlı qərarı əsaslandırıb. Qeyd edək ki, uzun illərdir ABŞ-da yaşayan FETÖ rəhbəri F.Gülən Türkiyədə dövlət çevrilişinə cəhddə və digər cinayətlərdə ittiham olunur. Rəsmi Vaşinqton onu Türkiyəyə təhvil verməkdən imtina edir.