Sosial şəbəkədə biz:

Bakıda polis avtomobili minik maşını ilə toqquşdu: ölən və yaralanan var - VİDEO

30 May 2017, 12:09
Gündəm
Bakıda polis avtomobili minik maşını ilə toqquşub. APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində, Socar Yanacaq Doldurma Məntəqəsinin qarşısında qeydə alınıb. Səbail rayon Polis İdarəsinə məxsus “Fiat Doblo” markalı avtomobil “Porshe” markalı maşınla toqquşub. Qəza nəticəsində bir polis əməkdaşı ölüb, bir neçəsi xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.