Sosial şəbəkədə biz:

"Veysəloğlu" şirkəti jurnalistlər üçün müsabiqə elan etdi - ŞƏRTLƏR

31 May 2017, 18:43
Gündəm
“Veysəloğlu” Şirkətlər Qrupu Azərbaycan Mətbuat Şurası ilə birgə “İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün yazı müsabiqəsi keçirir. I. Müsabiqənin istiqamətləri Müsabiqədə istiqamətləndirici mövzular aşağıdakılardır: Yerli istehsal və ixracatın stimullaşdırılması; Pərakəndə ticarət: mövcud durum, problemlər və perspektivlər; Yerli şirkətlər və korporativ sosial məsuliyyət; Azərbaycanda onlayn ticarət: reallıqlar və perspektivlər; Yerli şirkətlərin Azərbaycanın qida təhlükəsizliyində rolu. II. Mükafatlandırma I yer (1 nəfər) – 1000 manat; II yer (2 nəfər) - 500 manat; III yer (3 nəfər) - 300 manat. Həvəsləndirici mükafat – 10 nəfər – 100 manat Müsabiqə qaliblərinin adları 22 iyul Milli Mətbuat Günü ərəfəsində açıqlanacaqdır. III. Müsabiqə şərtləri Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək; Mövzunu dolğun əhatə etmə səviyyəsi; Faktlardan istifadə xüsusiyytələri və araşdırmanın keyfiyyəti; İfadə vasitələrinin zənginliyi; Oxucu üçün informasiyalılıq dərəcəsi; Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisə. Müsabiqəyə 2017-ci ilin iyunun 1-dən iyulun 1-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq. Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur; Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır; Yazıda “Azərbaycan Mətbuat Şurası və “Veysəloğlu” Şirkətlər Qrupunun “____” mövzusundakı müsabiqəsinə təqdim olunur” qeydi olmalıdır. Qeyd: Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir. Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də verilməlidir.