Sosial şəbəkədə biz:

Azərbaycanlı iş adamı 1 milyard dollar itirdi

01 June 2017, 13:15
Gündəm
Azərbaycanlı iş adamı, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov bu 1 milyard dollardan çox pul itirib. "Qaynarinfo" “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, 2017-ci ilin 5 ayı əzrində “Lukoyl”un səhmləri kəskin ucuzlaşıb. “Lukoyl” şirkətinin səhmlərinin 18% ucuzlaşmasının səbəbi Rusiya rublunun möhkəmlənməsi və dünya bazarında ucuz qiymətləridir. Hazırda Vahid Ələkbərovun sərvəti 11 milyard dollar həcmində qiymətləndirilir.