Sosial şəbəkədə biz:

Məktəbin qarşısında faciə: 2-ci sinif şagirdi öldü

01 June 2017, 15:58
Gündəm
Zaqatala şəhərində azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində, Nizami Hüseynov adına 2 saylı orta məktəbin qarşısında qeydə alınıb. Məktəbin 2-ci sinif şagirdi Şirdanov İsmayıl Elçin oğlu dərsdən çıxıb yolu keçən zaman “Mercedes” markalı, 99 HB 485 dövlət nömrə nişanlı avtomobillə vurulub. Uşaq xəstəxanaya aparılarkən yolda ölüb.