Sosial şəbəkədə biz:

“Kanal 13”ün direktoru barəsində cinayət işi başlanıldı

01 June 2017, 17:16
Gündəm
“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun barəsində cinayət işi başlanılıb. Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, Ə. Orucovun barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq; külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə istintaq aparılır. Hazırda Ə. Orucov barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Nəsimi rayon Məhkəməsinə aparılır.