Sosial şəbəkədə biz:

Rövnəq Abdullayev milyonlarla dollarlıq cəriməni gürcü baş nazirlə müzakirə etdi

27 July 2015, 15:58
Gündəm
Gürcüstanın baş naziri İrakli Qaribaşvili SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşüb. Virtualaz.org saytı Gürcüstan hökumətinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, görüş iyulun 26-da Abdullayevin Tiflisə səfəri çərçivəsində baş tutub. Tərəflər əsasın cari investisiya layihələrini müzakirə ediblər. Baş nazir əmin edib ki, hökumət SOCAR-ı Gürcüstanın ən iri investorlarından biri kimi yüksək qiymətləndirir. Tərəflər habelə əməkdaşlığı dərinləşdirmək və davam etdirmək barədə razılığa gəliblər. Görüşdə “SOCAR-Georgiya” şirkətinin prezidenti Mahir Məmmədov və Gürcüstan baş naziri yanında iqtisadi şuranın katibi-biznesombudsmen Georgi Qaxariya da iştirak edib. Bundan əvvəl xəbər verilmişdi ki, Gürcüstanın rəqabət Agentliyi SOCAR-ı rəqabət prinsiplərini pozduğuna görə 6 milyon dollardan çox cərimələyib.  “SOCAR-Georgiya” isə bu qərardan məhkəməyə şikayət verəcəklərini bildirib.