Sosial şəbəkədə biz:

Hamilə sevgilisini ütü ilə yandıran kişi həbs edildi – Rəsmi açıqlama

27 July 2015, 19:31
Gündəm
Sabunçu rayonu, Zabrat qəsəbə sakini Aliyə Mansurovanı döyərək işgəncələr verən sevgilisi həbs edilib. Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, A.Mənsurovanın  qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək bədən xəsarətləri alması, eləcə də ütü vasitəsi ilə əlini yandırması faktına görə Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilməklə kifayət qədər əsaslar olduğundan cinayət əməli Cinayət Məcəlləsinin 133.2.2-ci (əzab vermə aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə) maddəsinə tövsif edilib. Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Rüfət Mehtiyev tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.