Sosial şəbəkədə biz:

İsmayıllıda sel magistral yolu iflic etdi – VİDEO

02 June 2017, 21:16
Gündəm
İsmayıllıda sel ciddi fəsadlar törədib. ARB Şəki xəbər verir ki, İsmayıllı rayonunda bugün günorta saatlarından başlayaraq yağan yağış 10-15 dəqiqə ərzində güclənərək Qurbanəfəndi kəndinin Şirinsu ərazisində, Qəbələ İsmayıllı yolunun 17 km-də magistral yolda avtomobillərin hərəkətini məhdudlaşdırıb. Özü ilə daş parçaları və ağaclar gətirən güclü sel suları İsmayıllı-Qəbələ yolunun üzərindən aşıb keçməkdə davam etdiyi üçün yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Yolun altındakı sel-su ötürücüləri lillə dolduğu üçün selin qarşısını almaq mümkün olmayıb. Çoxlu sayda avtomobil yolda qalaraq selin dayanmasını gözləyib. Yolun lildən təmizlənməsi üçün əraziyə İsmayıllı rayon 9 saylı Yol İstismar İdarəsinin ağır texnikası əraziyə cəlb olunub, yaranan təhlükənin qarşısı alınıb. Qabaqlayıcı tədbirlər nəticəsində avtomobillərə ziyan dəyməyib. Hərəkət bərpa olunub.