Sosial şəbəkədə biz:

Ədliyyə nazirinin beş müavini oldu - SİYAHI

05 June 2017, 22:11
Gündəm
Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 5-də imzaladığı sərəncamla general-leytenant Məhərrəm Əliyev ədliyyə nazirinin müavini təyin edilib. Modern.az saytı xəbər verir ki, bu təyinatla ədliyə naziri Fikrət Məmmədovun müavinlərinin sayı 5 nəfərə çatıb. Belə ki, indiyədək nazirin 4 müavini fəaliyyət göstərirdi və bugünkü sərəncamla onlara toxunulmayıb. Ədliyyə nazirinin əvvəlki 4 müavini aşağıdakılardır: II dərəcəli dövlət ədliyyə müşaviri Toğrul Musayev; II dərəcəli dövlət ədliyyə müşaviri Azər Cəfərov, II dərəcəli dövlət ədliyyə müşaviri Vilayət Zahirov; Nazir müavini Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov.