Sosial şəbəkədə biz:

Kəmaləddin Heydərov Qaxa gedir

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 31 iyul 2015-ci il tarixində Qax şəhərində, Heydər Əliyev Mərkəzində saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək. Azinforum.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, qəbulda yalnız Qax, Şəki, Oğuz, Zaqatala, Balakən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, N.Nərimanov küçəsi, 4) 30 iyul 2015-ci il tarixində saat 09.00-da başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. Əlavə məlumat üçün +994 (12) 512-01-14 saylı telefon və ya info@fhn.gov.az elektron ünvana müraciət etmək olar.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol