Sosial şəbəkədə biz:

Avropa Yenidənqurma və İnkişaf Bankının TANAP-a kredit ayıracaq

10 June 2017, 11:28
Gündəm
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yaxın aylarda Transanadolu qaz kəməri (TANAP) layihəsi üçün 500 milyon dollar kredit ayırması barədə qərar qəbul edəcəyi gözlənilir. Bu məlumat Trend-ə bankdakı mənbədən verilib. Məlumata görə, AYİB tərəfindən maliyyələşən bütün layihələrin müəyyən meyarlara uyğunluğu tələb olunur. Qeyd edək ki. TANAP-la əlaqədar meyarlara ekoloji və sosial standartlara uyğunluq, o cümlədən əhalinin sağlamlığının, təhlükəsizliyinin, boru kəmərinin marşrutu boyunca biomüxtəlifliyin mühafizəsi daxildir.