Sosial şəbəkədə biz:

QARA NƏBİYEV İŞİNƏ QAYIDIR - BABA RZAYEVLƏ ARALARINDA ZİDDİYYƏTİN OLMASI XƏBƏRİ YALAN ÇIXDI

10 June 2017, 12:09
Gündəm
“Azərişıq” ASC-nin Enerji Satış Departamentinin direktoru Qara Nəbiyev növbəti iş həftəsinin ikinci günü- iyunun 13-ü yenidən öz vəzifəsinin başında olacaq. Bu barədə məlumatı Azinforum.az-a Nəbiyevlərə yaxın olan mənbələrdən biri verib. Qeyd edək ki, bir müddət əvvəl bəzi KİV-lərdə Qara Nəbiyevin tutduğu vəzifədən azad edildiyi barədə məlumat yayılmışdı. Hətta bildirilirdi ki, Nəbiyevin tutduğu görəvindən uzaqlaşdırılmasına səbəb onun ASC sədri Baba Rzayevlə münasibətlərinin olduqca gərgin olmasıdır. Əldə etdiyimiz məlumata görə, Qara Nəbiyev işə getmədiyi  müddət ərzində qanuni məzuniyyətdə olub və səhətində yaranan problemin aradan qaldırılması istiqamətində müalicə alıb. Rövşən ƏLİ Azinforum.az