Sosial şəbəkədə biz:

Azərbaycanlı iştirakçı Yakuboviçi təəccübləndirə bildi

10 June 2017, 17:01
Gündəm
Azərbaycan Miniatür kitablar muzeyinin direktoru Zərifə Salahova Rusiyanın Birinci kanalında yayımlanan populyar "Möcüzələr meydanı" (Pole çudes) oyununun iştirakçısı olub. Salahovanın Sputnik Azərbaycan-a bildirdiyinə görə, o, aparıcı Leonid Yakuboviçə özünün müəllifi olduğu miniatür kitabları bağışlayıb. Zərifə Salahova əlavə edib ki, Ginnessin rekordlar kitabına düşən bu kolleksiyanın 2017-ci ilin noyabrında 30 yaşı tamam olacaq. Yakuboviç öz növbəsində Zərifə Salahovanın özünü Azərbaycanın milli sərvəti adlandırıb. "Möcüzələr meydanı" proqramı 1990-cı ildən efirdədir və keçmiş SSRİ məkanında ən populyar verilişlərdən sayılır.