Sosial şəbəkədə biz:

Keçid balları aşağı salınacaq? - Rəsmi açıqlama

10 June 2017, 17:11
Gündəm

Bu il ali təhsil müə­ssisələrinə qəbul imtahanının birinci mərh­ələsində 200 balı ke­çən abituriyentlərin sayı plan yerlə­rinin sayından olduq­ca azdır.

Ekspertlər hesab edirlər ki, abituriyen­tlərin aşağı nəticə göstərməsi universitetlərdə plan yerlərinin boş qalmasına səbəb olacaq. Buna görə ayrı-ayrı ixtisaslar üzrə keçid balının 150-ə endiriləcəyi haqda fiki­rlər səsləndirilir. Bununla bağlı Təhsil Nazirliyindən AzVisionşaz-ın sorğusuna cavab olaraq bildirilib ki, keçid ballarının aşağı salınması haqda danışmaq hələ tezdir. "Ayrı-ayrı ixtisaslar üzrə keçid balının 150-ə salınması məsələsi ekspertlərin şəxsi fikirləridir. Öncəd­ən bununla bağlı fik­ir yürütmək doğru de­yil", - deyə məlumatda vurğulanıb.