Sosial şəbəkədə biz:

Türkiyədə kütləvi yürüşlər keçiriləcək – Səbəb

11 June 2017, 11:25
Gündəm
Türkiyədə hərbi çevriliş cəhdin ildönümündə kütləvi xalq yürüşü keçiriləcək. Yürüş Türkiyənin bütün böyük şəhərlərində keçiriləcək. Prezident Rəcəb Tayyib Ərdoğan və digər ölkə rəsmilərin yürüşdə iştirak edəcəkləri gözlənilir. Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdi olub. Nəticədə 246 nəfər ölüb, 2000-dən çox insan yaralanıb. 20 iyulda prezident Rəcəb Tayyib Ərdoğan ölkədə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edib. (Trend)