Sosial şəbəkədə biz:

Dağıstanda Azərbaycan şahına məxsus qılınc və daha 90 eksponat oğurlanıb

11 June 2017, 11:32
Gündəm
Dağıstanın "Kubaçi bədii kombinatı" Dövlət unitar müəssisəsi nəzdində yerləşən muzeydən 90-dan çox eksponat oğurlanıb. Bu barədə Dağıstan Respublikası üzrə Daxili İşlər Nazirliyi məlumat yayıb. Hazırda hadisə yerində qarəti "isti izlərlə" açmağa çalışan əməliyyat-istintaq qrupu işləyir, əşyaların dəyəri müəyyənləşdirilir. Oğurlanan əşyalar arasında, həmçinin 1736-1747-ci illərdə Azərbaycan və İran şahı olmuş Nadirin qılıncı, üzərində Stalin və Kremlin təsviri olan gümüş vazalar və s. olub. DİN-in məlumatına görə, naməlum şəxslər muzeyə giriş qapısını qıraraq daxil olublar. Muzeydə siqnalizasiya və peşəkar mühafizə sistemi olmayıb. (Report)