Sosial şəbəkədə biz:

AİB Azərbaycanda layihələrin maliyyələşdirilməsini genişləndirməyə hazırdır

11 June 2017, 15:54
Gündəm
Asiya inkişaf bankı (AİB) Azərbaycanın kənd təsərrüfatında layihələrin maliyyələşdirilməsini nəzərdən keçirməyə hazırdır. Bu barədə “Trend”ə AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov məlumat verib. Onun sözlərinə görə, hökümət üçün prioritet olan məsələ AİB üçündə əsas məsələdir: "Ona görədə əgər Azərbaycan höküməti bizim kənd təsərrüfatı sektorunda işləməyimizi lazım bilərsə, biz bu barədə layihələr baxmağa hazırıq". O həmçinin bildirib ki, bank Azərbaycanda xüsusi orta təhsil sahəsinin inkişafı üçün maliyyə ayırmağa və təhsil nazirliyi ilə işləməyə hazırdır, əgər hökümət belə təklif verərsə.