Sosial şəbəkədə biz:

Rəfael Dadaşovun anası, xalq artisti Sofiya Hüseynova vəfat etdi

30 July 2015, 19:40
Gündəm
Azərbaycanın xalq artisti Sofiya Hüseynova vəfat edib. Mərhum aktrisanın oğlu, xalq artisti Rafael Dadaşov APA-ya bildirib ki, anası bu gün günorta saatlarında dünyasını dəyişib. R.Dadaşovun sözlərinə görə, S.Hüseynova uzun müddət xəstə olub: “Ürək xəstəliyindən əziyyət çəkirdi. Həm də başqa xəstəlikləri də var idi”. Qeyd edək ki, S.Hüseynova 1926-cı ildə Bakıda doğulub. Onun anası Xədicə Qazıyeva Naxçıvanın ilk aktrisası olub. S.Hüseynova orta məktəbi Naxçıvanda bitirib. Anasının tövsiyəsi ilə 1944-cü ildən teatrın truppasına daxil olub. 1945-ci ildə qısa müddət Zaqatala teatrında işlədikdən sonra yenə Naxçıvana qayıdıb. Aktrisa 1 iyun, 1974-cü ildə əməkdar artist, 1 dekabr, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Onu da qeyd edək ki, S.Hüseynova Azərbaycanın xalq artisti Məlik Dadaşovun həyat yoldaşı olub.