Sosial şəbəkədə biz:

Türkiyədə güclü zəlzələ: təşvişə düşən əhali küçələrə çıxdı

12 June 2017, 18:07
Gündəm
Bu gün Türkiyə ərazisində güclü zəlzələ baş verib. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələnin ocağı Egey dənizində, İzmirin Karaburun rayonu sahillərində olub. Yerli vaxtla saat 15.28-də baş verən zəlzələnin gücünün 6,2 bal olduğu açıqlanıb. Yeraltı təkan İstanbul, İzmir və Çanaqqalada, o cümlədən, Yunanıstanda hiss olunub. Təbii fəlakətlə bağlı ölən və yaralanaların olmadığı bildirilir. Amma əhali təşvişə düşdüyündən küçələrə çıxıblar.