Sosial şəbəkədə biz:

Bakıda səfir qəzaya düşdü

12 June 2017, 22:05
Gündəm
Kuba Respublikasının Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo yol qəzasına düşüb. Azinforum.az lent.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Nərimanov rayonu, Atatürk prospekti 58 ünvanının qarşısında baş verib. Səfirin idarə etdiyi “Toyota Prado” markalı, 048 D 002 dövlət qeydiyyat nişanlı xidməti avtomobil “Audi” markalı avtomobillə toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə xeyli ziyan dəyib. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.