Sosial şəbəkədə biz:

Pəncərə silərkən 4-cü mərtəbədən yıxılan qızın fotosu - Keçən ay nişanlanmışdı

13 June 2017, 13:21
Gündəm
Abşeron rayonunun Xırdalan şəhərində bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. " Azinforum.az " "Report"a istinadən xəbər verir ki, Xırdalan şəhəri, 26-cı məhəllədəki binalardan birində yaşayan 1993-cü il təvəllüdlü İsmayılzadə Nuranə İsmayıl qızı evin pəncərəsini silən zaman 4-cü mərtəbədən yerə yıxılıb. Nəticədə ağır xəsarət alan qız xəstəxanaya yerləşdirilib. Yaralı orada dünyasını dəyişib. Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinin tələbəsi olan N.İsmayılzadə nişanlı idi. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır. *** Lent.az-ın məlumatına görə, Nuranə keçən ayın 21-də nişanlanıbmış.