Sosial şəbəkədə biz:

Milyarder ana oğluna Nazənini aldı- dünyanın ən bahalı toyu - FOTO

13 June 2017, 17:17
Gündəm
Dünyanın ən zəngin qaradərili qadını oğlunu evləndirib. İngiltərədəki Blenheym Sarayındakı toyda, sadəcə, gəlinin əynindəki paltarın dəyəri 9 milyon dollardı. 1 milyon qızılgüllə bəzədilmiş saraydakı toyda qonaqlara 7 metr hündürlüyü olan toy verilib, səhnədə isə Robin Tik və digər ulduzlar çıxış ediblər. BAKU.WS Daily Mail-ə istinadən bildirir ki, 66 yaşlı nigeriyalı Folorunşo Alakiya dünyanın ən zəngin qaradərili iş adamlarından biridir. Bu xanımın 2,1 milyard dollarlıq varidatı var. Milyarder xanımın 4 oğlu arasında ən kiçiyi Folarin iranlı model Nazənin Cəfərian Qeysərifa ilə evlənib. Folarinin ilk xanımı Çen 6 il əvvəl xərçəng xəstəliyindən vəfat edib. Həmin nikahdan Folarinin 5 yaşlı qızı var. Nazənin Mançester Universitetinin biomühəndislik və biotəbabət fakültəsini bitirib. İngiltərənin Oksfordşir qraflığının Vudstok səmtindəki Blenheym Sarayının toy üçün icarəyə götürülməsi neft maqnatı Alakiyaya 7 milyon dollara başa gəlib. Bu saray Britaniyanvın mərhum baş naziri Uinston Çörçilin ata ocağıdır. Nazənin isə iranlı iş adamları, Londonda yaşayan Xosrov və Nuşən Qeysərifaların qızıdır.