Sosial şəbəkədə biz:

“Vicdan haqqı”ndan “Space” TV-yə... - Fotolar

13 June 2017, 17:32
Gündəm
Bir müddət əvvəl “Vicdan haqqı” serialından gedən Kəmalə Müzəffər  Space TV-də işə düzəlib.  “Qafqazinfo” xəbər verir ki, əməkdar artist iyunun  əvvəlindən etibarən “Hər  səhər” verilişinin yenidən aparıcısı olub. Həmçinin, tanınmış aktrisa üçün yeni bir proqram da hazırlanıb. Müzəffər “Bazar günü istəkləri” adlı layihə ilə tamaşaçı qarşısına çıxmağa başlayıb. Vaqif Mustafayev həftənin 7 gününü onun üçün ayırıb, səhər efirini aktrisaya həvalə edib. Xatırladaq ki, əməkdar artist ötən ilin yayında da "Hər səhər" verilişinin aparıcı olub.