Sosial şəbəkədə biz:

Avropa İrana sanksiyalara qarşı çıxdı

13 June 2017, 20:48
Gündəm
Ümid edirik ki, ABŞ İranla nüvə razılaşmasına əməl edəcək. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin Baş diplomatı Federika Moqerini söyləyib. O, AB-nin bu razılaşmaya əməl edəcəyini və İranla əməkdaşlığı davam etdirəcəyini bildirib. Moqerini ABŞ-ın İrana qarşı sanksiyaları genişləndirməyəcəyinə ümid etdiyini bildirib. Qeyd edək ki, Donald Trampın prezident olmasından sonra ABŞ-ın İranla münasibətləri kəskinləşib. Vaşinqton İrana qarşı sanksiyaları genişləndirməyə və Ərəb-İran ixtilafına çalışır.