Sosial şəbəkədə biz:

Ramazan ayının 19-cu gününün təqvimi – İmsak vaxtı və İftar duası

13 June 2017, 21:10
Gündəm
Sabah Ramazan ayının 19-cu günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:08-də, iftar isə saat 20:29-da olacaq. Ramazan ayının 19-cu gününün duası: "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi: "İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi". Allah orucunuzu qəbul eləsin!