Sosial şəbəkədə biz:

Azərbaycan turizmdə Gürcüstanı qabaqlayıb

13 June 2017, 21:21
Gündəm
Azərbaycan MDB ölkələri içərisində Rusiyadan gəlmiş turistlərin sayına görə liderdir. Azərbaycan MDB ölkələri içərisində Rusiyadan gəlmiş turistlərin sayına görə liderdir. Turstat Agentliyi 2017-ci ilin 3 ayı ərzində Rusiyadan getmə turizminin statistikasını təhlil edib. Azərbaycan bu göstərici üzrə MDB ölkələri arasında birinci yerdədir və bu dəfə Gürcüstanı qabaqlaya bilib. Turstat-ın məlumatına görə, ilin 3 ayı ərzində Rusiyadan turist səfərlərinin sayı 6,7 milyonadək artıb. Ötən ilin analoji dövründə bu rəqəm 5,4 milyon olub. Rusiyalı turistlərin getdikləri yerlərin arasında Azərbaycan (139 min səfər, 2016-cı ilin analoji dövrü ilə müqayisədə +31%) və Gürcüstan (135 min, +27%) ön yerlərdədirlər. Türkiyə (138 min, +116%), Vyetnam (150 min, +65%), BƏƏ (210 min, +57%) və Tailand (381 min, +35%) rusiyalı turistlərin çimərlik turizmi üçün ən çox səfər etdikləri yerlərdir. Ümumilikdə isə ilk üç yeri Finlandiya, Qazaxıstan və Çin tuturlar. (Sputnik)