Sosial şəbəkədə biz:

“BP-Azerbaijan”a yeni vitse-p“BP-Azerbaijan”a yeni vitse-prezidentrezident

“BP-Azerbaijan” şirkətinin Vergi və Gömrük Məsələləri üzrə regional direktoru Bəxtiyar Aslanbəyli şirkətin yeni vitse-prezidenti təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Trend-ə şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verib. O bildirib ki, yeni vitse-prezident vəzifəsinin icrasına avqustun sonunda başlayacaq. Qeyd edək ki, B.Aslanbəyli bu postda xarici ölkə vətəndaşını əvəz edəcək. B.Aslanbəyli Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr fakültəsini bitirib. 1998-2002-ci illərdə “PWC” şirkətində çalışıb. 2002-ci ildən “BP-Azerbaijan” şirkətində işə başlayıb. 2012-ci ildən Vergi və Gömrük məsələləri üzrə Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional direktor vəzifəsində fəaliyyət göstərib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol