Sosial şəbəkədə biz:

Vasif Talıbov 798 min manata qənaət etdi

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 2014-cü il büdcəsinin icrasını təsdiq edib. Dövlət büdcəsinin icrası haqqında qanun (http://www.huquqiaktlar.nakhchivan.az/StatementDetails.aspx?statementId=1392) dərc edilib. O, cəmi bir abzasdan ibarətdir və iki rəqəm əksini tapıb: gəlirlər 74084717 manat, xərclər 349702322 manat. "Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında" qanuna görə, gəlirlər 66,8 milyon manat, xərclər 350,5 milyon manat təsdiq edilib. Beləliklə, Naxçıvan hökuməti 798 min manata qənaət edib. Maraqlıdır ki, 2014-cü ildə ümumi daxili məhsul 3 milyard dollar, Naxçıvan MR-in yerli gəlirləri 19 milyon manat təsdiq edilib. Bu, İmişli rayonunun gəlirlərindən 1,9 milyon manat azdır. Naxçıvan MR dövlət büdcəsi mərkəzi büdcədən dotasiya alır. 2014-cü ildə büdcə xərclərinin maliyyələşməsi üçün 283,7 milyon manat ayrılıb. Bundan başqa, muxatiyyat hər il dövlət investisiya layihələri üçün yüzlərlə milyon manat alır ("Turan").


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol