Sosial şəbəkədə biz:

İlham Əliyev Cocuq Mərcanlı sakininə orden verdi

14 June 2017, 13:34
Gündəm
Azərbaycan Prezidenti İlham Əliyev Oqtay Həziyevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Virtualaz.org-un məlumatına görə, sərəncamda qeyd olunur ki, doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Əbil oğlu Həziyev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin. Xatırladaq ki, O.Həziyev 20 ildir Cocuq Mərcanlı kəndində yaşayır.