Sosial şəbəkədə biz:

Sabahdan hava dəyişir - Şimşək, leysan gözlənilir

14 June 2017, 14:32
Gündəm
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. "Qafqazinfo"ya daxil olan məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-18, gündüz 25-30, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. Xəbərdarlıq İyunun 15-dən 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.