Sosial şəbəkədə biz:

Kanal-13″ün həbsdə olan icraçı direktoru ev dustaqlığına buraxılmadı – Məhkəmə

15 June 2017, 14:34
Gündəm
Nəsimi rayon Məhkəməsində Kanal-13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb. Vəkili Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, məhkəmə vəsatəti təmin etməyib. Qeyd edək ki, Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona CM-nin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.