Sosial şəbəkədə biz:

Naxçıvanda  keçirilən  Azərbaycan – Türkiyə birgə taktiki təlimlərindən ilk görüntülər - VİDEO

16 June 2017, 11:26
Gündəm
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyunun 12-dən etibarən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin birgə əməliyyat taktiki təlimləri başlayıb. Təlimi iyunun 15-də – Milli Qurtuluş Günündə Naxçıvan Muxtar RespublikasıAli Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqada komandiri, general-mayor Ərcan İlhan izləyiblər. Təlimə ümumilikdə 5 minə yaxın şəxsi heyət, 250-dən artıq zirehli və 500-ə yaxın avtomobil texnikası cəlb edilib. Azinforum.az  naxçıvantv.az -a istinadən həmin təlimdən görüntüləri təqdim edir: