Sosial şəbəkədə biz:

Türkiyədə daha bir deputat həbs edildi

16 June 2017, 22:16
Gündəm
Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Altan Tan həbs olunub. AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kürdyönümlü Xalqların Demokratik Partiyasından (HDP) seçilən A.Tan məhkəmənin qərarı ilə 2 il həbs cəzasına məhkum edilib. Qeyd edək ki, 2012-ci ildə Şanlı Urfada təşkil olunan Norvuz şənliyində səsləndirdiyi fikirlərə görə deputata qarşı cinayət işi açılmışdı. Ona xalqı kin və düşmənçiliyə təhrik etmək ittihamı irəli sürülüb.