Sosial şəbəkədə biz:

Düşmənin daha bir əsgəri məhv edildi

17 June 2017, 13:01
Gündəm
Ermənistan ordusu Qarabağda yenidən itki verib. AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Qarabağın şimal istiqamətində atəşkəs rejimini pozan 1997-ci il təvəllüdlü Narek Tiqran Qasparyan Azərbaycan ordusunun cavab zərbəsi ilə məhv edilib. Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, ermənilərin bir neçə ağır yaralanmış hərbi qulluqçusu da yerli hospitallardan birinə yerləşdirilib.