Sosial şəbəkədə biz:

Ramazan ayının 23-cü gününün təqvimi – İmsak vaxtı və İftar duası

17 June 2017, 22:24
Gündəm
Sabah Ramazan ayının 23-cü günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:08-də, iftar isə saat 20:30-da olacaq. Ramazan ayının 23-cü gününün duası: "Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin". Tərcüməsi: "İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyiblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə xalis et! Ey günahkarların xətasına göz yuman Allah!" Allah orucunuzu qəbul etsin!