Sosial şəbəkədə biz:

Ermənistanda mitinqlər nəticə vermədi- Tariflər qüvvədə

Bu gündən etibarən Ermənistanda elektrik enerjisinə yeni tarifi qüvvəyə minib, bununla da qiymət artıb.  Azinforum.az ” virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistan İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası elektrik enerjisinin qiymətinin artırılması barədə hələ iyunun 17-də qərar vermişdi. Qərara görə, elektrik enerjisinin tarifləri 2015-ci il, avqustun 1-dən etibarən 1 kilovatt/saat üçün 6,93 dram artırılır. Avqustun 1-dək bu tarif belə idi: gündüzlər - 41,85 dram, gecələr - 31,85 dram. Komissiya qiymətin artırılması xahişi ilə tam şəkildə Rusiyanın “İnter RAO” ASC şirkətinə məxsus olan “Ermənistan Elektrik Şəbəkələri” şirkətinə hələ may ayının əvvəlində müraciət etmişdi. Buna etiraz olaraq iyunun 19-da Ermənistanda fasiləsiz mitinqlər başlamışdı. Həmin aksiyalar üç həftə davam etdi. Amma göründüyü kimi, bu etirazların heç bir nəticəsi olmadı. Sərkisyan hökuməti qiymət artımına getdi. Ekspertlər Ermənistanda aksiyaların növbəti dalğasını istisna etmirlər.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol