Sosial şəbəkədə biz:

Kosta Rika prezidenti müsahibə verərkən arını uddu - VİDEO

18 June 2017, 20:14
Gündəm
Kosta Rika Respublikasının prezidenti Luis Gilyermo Solis jurnalistlərə müsahibə verən zaman arını udub. ABC 6 telekanalı məlumat verir ki, prezident jurnalistlərə müsahibə verən zaman ağzına girməyə çalışan arını udub. O ölkənin cənub hissəsində beton zavodunun açılışı münasibətilə çıxış edərkən belə bir hadisə olub. Lakin prezident özünü itirməyib. "Mən onu uddum. Mən arını uddum. Hər gün belə olmur. Təmiz zülaldır",- deyə Solis zarafat edib. Sonra prezident su içib.