Sosial şəbəkədə biz:

Aytən Səfərova ATV-yə gedir

Teleaparıcı Aytən Səfərovanın yeni iş yeri bəlli oldu.Publika.az-ın əldə etdiyi məlumata görə, ANS rəhbərliyi ilə anlaşa bilməyən teleaparıcı yeni mövsümdə işə ATV-də başlayacaq.   ANS-dən ayrılan məşhur jurnalistlərə məmnuniyyətlə qucaq açan ATV növbəti mövsümdən Aytən Səfərovanı da transfer etmək istəyir. ATV-dəki mənbələrimizdən daxil olan məlumata görə, kanal rəhbərliyinin əsas məqsədi də ANS-i mənəvi cəhətdən sındırmaqdır.   Xatırladaq ki, indiyədək ANS-dən Turan İbrahimov, İradə İsaq, Mətanət Əliverdiyeva, Orxan Fikrətoğlu, İlqar Mikayıloğlu, Zülfiyyə Bayramova ATV telekanalına keçib.   Əldə etdiyimiz məlumatda o da bildirilir ki, ANS-də “vurularaq” ATV-də “sığınacaq” tapan yalnız Aytən Səfərova olmayacaq.  Mənbənin bildirdiyinə görə ATV hazırda Aytən Səfərova ilə yanaşı dindarların qəzəbinə gələn Elnarə Təhməzova ilə də danışıqlar aparır və bununla da ANS-ə ən böyük zərbəni vurmağa hazırlaşır.   Xatırladaq ki, iki telekanal arasında ədavətin yaranmasına səbəb Mətanət Əliverdiyeva olub.  Belə ki, may ayında 8-ci mikrorayonda yanan bina haqqında danışarkən işlətdiyi düşünülməmiş ifadələrdən sonra ANS-də geniş süjet hazırlanıb. Həmin süjetdə  ATV və aparıcı tənqid olunub. Bundan sonra iki kanal arasında onsuz da soyuq olan münasibətlər  daha da gərginləşib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol