Sosial şəbəkədə biz:

Xameneyi Trampı hədələdi:“Heç bir qələt edə bilməyəcək”

19 June 2017, 12:48
Gündəm
“Amerika prezidentinin cəfəngiyyat söyləməsi yeni bir məsələ deyil. İslami quruluş elə əvvəldən müxtəlif fitnələrlə üzləşibdir. Amma İran xalqının bədxahları heç bir qələt eləyə bilməyiblər”. Strateq.az İRİB-ə istinadən bildirir ki, bu sözləri İranın ali dini lideri Xameneyi sərhədçilərlə görüşündə deyib. Ayətullah Xameneyi Ağ Evin yeni başçısını “təcrübəsiz və naşı”lıqda ittiham edərək amerikalı rəsmilərin açıqlamalarını cəfəngiyyat adlandırıb: “Amerikanın dövlət İran xalqına şillə vura bilməyəcəklər, əksinə İran xalqı onları şillələyəcək”.