Sosial şəbəkədə biz:

Formula-1 pilotlarının Bakıya gəlmə vaxtı dəqiqləşdi – SİYAHI + FOTO

19 June 2017, 13:02
Gündəm
Bakıda keçiriləcək Formula-1 üzrə Azərbaycan Qran-Prisində iştirak edəcək komandaların ölkəmizə gəlmə vaxtı dəqiqləşib. Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Oxu.Az-a bildirib ki, Azərbaycan Qran-Prisində iştirak edəcək komandalar və onların pilotları iyunun 20-21-i tarixində artıq paytaxtda olacaq. Onun sözlərinə görə, yarışda iştirak edəcək bolidlər də elə təxminən o tarixlərdə xüsusi aviareyslərlə Azərbaycana gətiriləcək. Oxu.Az Azərbaycan Qran-Prisində iştirak edəcək komandaların və pilotlarının siyahısını təqdim edir: Mercedes AMG Petronas F1 Team 44. Lyuis Həmilton, 77. Valtteri Bottas Red Bull Racing 3. Daniel Rikkardo, 33. Maks Ferstappen Scuderia Ferrari 5. Sebastyan Fettel, 7. Kimi Rəykkönen Sahara Force İndia F1 Team 11. Serxio Peres, 31. Esteban Okon Williams Martini Racing 19. Felipe Massa, 18. Ləns Stroll McLaren Honda 14. Fernando Alonso, 2. Stoffel Vandorn Scuderia Toro Rosso 55. Karlos Sayns, 26. Daniil Kvyat Haas F1 Team 8. Roman Qrojan, 20. Kevin Magnussen Renault Sport Formula One Team 27. Niko Hülkenberq, 10. Colion Palmer Sauber F1 Team 9. Markus Eriksson, 94. Paskal Verlyayn